107 yaşlı qadın koronavirusa qalib gəldi

DÜNYA
23:41
7 Aprel 2020
73

Niderlandda yeni növ koronavirus infeksiyasına yoluxan 107 yaşlı qadın sağalıb.

Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Qure Overflakke adasında qocalar evində qalan Kornelia Ras xəstəxanada müalicə aldıqdan sonra virusa qalib gəlib. O bildirib ki, koronavirusa yoluxduğunu eşidəndə sağala bilməyəcəyini düşünüb.

Qeyd olunub ki, Niderlanda 19 580 koronavirusa yoluxma faktı qeydə alınıb, 2 101 nəfər isə infeksiya səbəbindən dünyasını dəyişib.

Xəbər lenti