Türkiyəli deputat koronavirusa yoluxdu

DÜNYA
00:57
7 Aprel 2020
72

Türkiyəli deputat Feti Yıldız yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Sabah.az xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının (MHP) İstanbul millət vəkili bu barədə “Twitter”dəki şəxsi hesabından məlumat yayıb.

“COVİD-19 virusu səbəbindən xəstəxanaya yerləşdirildim, dualarınızı əsirgəməyin. Allaha əmanət olun”, - deyə F.Yıldız bildirib.

Qeyd edək ki, ən son rəsmi məlumata görə, Türkiyədə koronavirusa yoluxanların sayı 30 217 nəfərə çatıb, 649 xəstə isə dünyasını dəyişib.

Xəbər lenti