Boris Conson reanimasiyaya yerləşdirildi - Vəziyyəti pisləşib

DÜNYA
23:57
6 Aprel 2020
70

Koronavirusa yoluxan Böyük Britaniyanın Baş Naziri Boris Conson reanimasiya şöbəsinə yerləşdirilib.

Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, 55 yaşlı siyasətçinin vəziyyəti pisləşdiyi üçün bu addım atılıb.

"O, həkimlərin məsləhəti ilə reanimasiya şöbəsinə köçürüldü. Baş Nazir bütün köməyi alır və çalışdığı üçün milli səhiyyə sisteminə təşəkkür edir", - deyə hökumət nümayəndəsi bildirib.

Baş Nazir Böyük Britaniyanın xarici işlər naziri Dominik Raabdan onu əvəz etməyi xahiş edib.

Qeyd olunub ki, Boris Conson martın 27-də koronavirusa yoluxub.

Xəbər lenti