Türkiyədə koronavirusdan ölənlərin sayı 649-a çatdı

DÜNYA
22:17
6 Aprel 2020
55

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 649 nəfər çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, Türkiyədə daha 75 nəfər pandemiyanın qurbanı olub, ölənlərin ümumi sayı isə 649 nəfərə çatıb.

Nazirin sözlərinə görə, bu gün 21 400 test keçirilib, 3 148 yeni yoluxma aşkarlanıb və yoluxanların sayı 30 217 nəfərə çatıb.

Sağalan xəstələrin ümumi sayı isə 1 326 nəfərdir.

Xəbər lenti