Türkiyədə tibbi maska satışı qadağan olundu - Pulsuz paylanacaq

DÜNYA
21:00
6 Aprel 2020
114

Türkiyədə tibbi maskalar əhaliyə pulsuz paylanacaq.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla mübarizə tədbirləri ilə bağlı danışarkən məlumat verib.

Dövlət başçısı bildirib ki, ölkədə tibbi maska satışı tamamilə qadağandır:

“Marketlərdə verilən maskalar da pulsuzdur. Pandemiya başa çatana qədər vətəndaşlarımızın hamısına çatacaq qədər maskamız mövcuddur və istehsalla bağlı planlarımız var. Dövlət olaraq, bütün vətəndaşlarımızı pulsuz maska ilə təmin etməkdə qərarlıyıq”.

Xəbər lenti