İsti hava koronavirusu məhv edəcək? - Professordan açıqlama

SƏHİYYƏ
01:57
5 Aprel 2020
323

“Azərbaycanda isti havanın koronavirusu məhv etməsi fikri sadəcə illuziyadır”.

Sabah.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

O, ölkəmizdə isti havaların koronovirusu məhv etməsi barədə şayiələrə aydınlıq gətirib:

“Günəşdən gələn ultrabənövşəyi şüalar koronavirusa təsir göstərir. Yəni bu virusun məhv edilməsi üçün öldürücü istilər lazımdır. Ultrabənövşəyi şüaların öldürücü təsirinin olması faktoru var. Ancaq 50 dərəcədən yuxarı bir istilik olmalıdır ki, pandemiya deaktiv olsun. Azərbaycanda isə belə bir istilik dərəcəsi yoxdur. Karantin tədbirləri düzgün həyata keçirilərsə, 10-12 həftə müddətində COVID-19 virusunun yoxa çıxması prosesini müşahidə edə bilərik. Həmin vaxt da yaya təsadüf etdiyindən biz yayda infeksiyanın tədricən təsirinin azalacağını proqnozlaşdırırıq. Yəni zaman amili yay fəsli ilə üst-üstə düşür. Əks halda isti hava ilə o qədər də əlaqəsi yoxdur. Azərbaycanda yay fəslində ultrabənövşəyi şüalar müəyyən qədər təsir göstərə bilər, amma bu, həlledici isti deyil. Yəni buna yetərli dərəcədə istilik bizdə yoxdur.

Adil Qeybulla vurğulayıb ki, karantin tədbirlərinə vətəndaşlarımız düzgün əməl etməsə və proses öz nəticəsini verməsə, bizi çətin günlər gözləyir:

“Karantin tədbirləri effektli olmadığı təqdirdə, ikinci dalğa reallaşa bilər. Çini buna nümunə göstərə bilərik. Hazırda Çində yenidən müəyyən yayılmalar var. Ona görə də, vətəndaşlarımız izolyasiya tədbirlərinə ciddi əməl etməlidir”.

Xəbər lenti