Rusiyada azərbaycanlı deputat vəfat etdi

DÜNYA
18:50
4 Aprel 2020
136

Rusiyanın İvanovo Şəhər Dumasının üzvü, azərbaycanlı iş adamı Sərraf Məmmədov vəfat edib.

Sabah.az Lent.az-a istinadən xəbər verir ki, o, cərrahi əməliyyatdan sonra dünyasını dəyişib.

Sərraf Məmmədov 1965-ci il fevralın 10-da Füzuli rayonunun Mandı kəndində dünyaya göz açıb. Orta məktəbi Azərbaycanda bitirdikdən sonra təhsilini davam etdirmək üçün Rusiyaya gedib. O, İvanovoda biznes fəaliyyəti ilə məşğul olub. “Azərbaycan” adlı diaspora təşkilatı yaradaraq ömrünün sonuna kimi ona rəhbərlik edib.

Xəbər lenti