İsrail ordusu ölkənin bütün yaşayış məntəqələrinə nəzarəti bərpa etdi

DÜNYA
15:12
9 Oktyabr 2023
170

İsrail hərbçiləri ölkənin cənubunda HƏMAS qruplaşmasının döyüşçülərinin daxil olduğu bütün yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

Sabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari açıqlayıb.

Bununla belə, o, ölkə ərazisində qruplaşmanın döyüşçülərinin hələ qala biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, İsrail ordusu Qəzza zolağında başlatdığı əməliyyatın hücum mərhələsinə keçib:

“Biz hücuma keçdik. İsrailin Müfadiə ordusu Qəzzaya yaxın ərazilərdə yüzlərlə terrorçu zərərsizləşdirib”.

Xəbər lenti