İsrail-HƏMAS müharibəsində 1200-ə yaxın insan ölüb

DÜNYA
11:39
9 Oktyabr 2023
166

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 700-ü ötüb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb.

Bununla yanaşı, daha 2382 nəfər isə yaralanıb. Yaralılardan 22-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. 100-dən çox israillinin isə HƏMAS tərəfindən əsir götürüldüyü qeyd olunub.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə isə, Qəzza zolağında 436 fələstinli ölüb, 2271 nəfər yaralanıb.

Hər iki tərəfdən ölü sayının artacağı istisna edilmir.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.

Xəbər lenti