Əfqanıstandakı zəlzələdə ölənlərin sayı 2445-ə çatdı

DÜNYA
11:15
9 Oktyabr 2023
396

Əfqanıstanın cənubunda və qonşu vilayətlərdə zəlzələ nəticəsində həlak olanların sayı 2445-ə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı “Xinhua” agentliyi yayıb.

Zəlzələdən ən çox zərər görən hissənin Herat bölgəsi olduğu bildirilir. Belə ki, burada 14 kənd tamamilə dağılıb.

Xatırladaq ki, oktyabrın 7-si Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.

Xəbər lenti