İsrailə raket hücumları nəticəsində ölənlərin sayı artdı - Xeyli sayda yaralı var

DÜNYA
15:37
7 Oktyabr 2023
187

İsrail ərazisinin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb.

Sabah.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Nəşrin məlumatına görə, raket zərbələri nəticəsində 22 nəfər həlak olub, 300-dən çox adam ağır yaralanıb.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Xəbər lenti