İsrail Qəzzadakı əməliyyatı “Dəmir qılınclar” adlandırdı

DÜNYA
12:46
7 Oktyabr 2023
176

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyata “Dəmir qılınclar” adı verilib.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

“Times of Israel”in məlumatına görə, İsrail ərazisinin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb.

Xatırladaq ki, bu gün İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bunun ardınca İsrail ordusu müharibəyə hazır vəziyyətə gətirilib və Qəzzanı atəşə tutmağa başlayıb.

Xəbər lenti