Çində koronavirusa yoluxanların 94 faizi sağaldı
Çində koronavirusa yoluxan vətəndaşların əksəriyyəti - 94 faizi tamamilə sağalıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi xəbər yayıb.
Məlumata görə, hazırda ölkədə koronavirusa yoluxan 1 562 nəfər qalıb ki, bu da bütün vaxt ərzində baş verən yoluxma hallarının ümumi sayının iki faizini təşkil edir.
Son hesablamalara görə, Çində COVİD-19 virusuna yoluxanların ümumi sayı 81 min 639 nəfər təşkil edib, onlardan 76 min 751 nəfəri sağalaraq evə buraxılıb. Epidemiya nəticəsində 3 326 nəfər dünyasını dəyişib, son sutka ərzində 4 nəfər ölüb.
Daha çox