Çində koronavirus qurbanlarının xatirəsi yad edildi - Fotolar

DÜNYA
10:10
4 Aprel 2020
102

Çin sakinləri və ölkədə yaşayan əcnəbilər bu gün koronovirus pandemiyası nəticəsində ölənlər və insanların həyatını xilas etmək üçün virusun qurbanı olan tibb işçilərinin xatirəsini 3 dəqiqəlik sükutla yad ediblər.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, anım mərasimində ölkə başçısı Si Tsinpin olmaqla hər kəs iştirak edib.

Yerli vaxtla saat 10:00-da baş tutan mərasim zamanı bütün ictimai əyləncəli tədbirlər qadağan edilib. Çinin əksər idarələrinin və dövlət qurumlarının saytlarının, eləcə də milli KİV-in əsas səhifələrindəki görüntülər sutka ərzində ağ-qara rejimə keçirilib. Ölkə ərazisində, o cümlədən diplomatik missiyaların ərazilərində bayraqlar salınıb

Xəbər lenti