“Qarabağdakı qondarma “prezident seçkiləri”ni tanımırıq” - Aİ

DÜNYA
17:50
9 Sentyabr 2023
198

“9 sentyabr 2023-cü il tarixində Xankəndidə keçirilən qondarma “prezident seçkiləri”ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, o, “seçkinin” keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır”.

Sabah.az xəbər verir ki, bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib.

“Eyni zamanda, Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir” - o, qeyd edib.

Xəbər lenti