Türkiyədə koronavirusdan ölənləri sayı 425-ə çatdı

DÜNYA
20:58
3 Aprel 2020
121

Türkiyədə son bir gündə 69 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, son 24 saatda ölkədə 2 786 koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 20 921 nəfərə çatıb. Onun sözlərinə görə, son sutka ərzində 69 nəfər koronavirusdan dünyasını dəyişib və ümumilikdə ölənlərin sayı 425 nəfərə yüksəlib.

F.Koca vurğulayıb ki, indiyədək 484 xəstə isə sağalaraq evə buraxılıb.

Xəbər lenti