Ərdoğan-Putin görüşü başladı - Video+Yenilənir

DÜNYA
14:52
4 Sentyabr 2023
188

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Soçiyə səfər edəcək.

Sabah.az “TRT Haber”ə istinadən xəbər verir ki, tərəflər görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Bununla belə, Türkiyə və Rusiya liderlərinin əsas müzakirə mövzusu taxıl dəhlizi olacaq.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir.

Dövlət başçısını Soçi beynəlxalq hava limanında Rusiyanın rəsmi şəxsləri qarşılayıb.

***

Soçidə Ərdoğanla Putin arasında danışıqlar başlayıb.

Görüş “Rus” sanatoriyasında keçirilir. Danışıqlar ilk olaraq nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək, daha sonra isə liderlər görüşü məhdud çərçivədə davam etdirəcəklər.

Xəbər lenti