Çində matəm elan edildi

DÜNYA
09:22
3 Aprel 2020
290

Çində aprelin 4-ü yeni koronovirus pandemiyası nəticəsində ölənlər və insanların həyatını xilas etmək üçün virusun qurbanı olan tibb işçilərinin xatirəsini yad etmək məqsədi ilə ümummilli matəm günü elan edilib.

Sabah.az "TASS"a istinadən verdiyi xəbərə görə, bu qərarı ölkənin Dövlət Şurası qəbul edib.

Şənbə günü ölkədə, eləcə də xarici diplomatik missiyaların ərazilərində bütün bayraqlar endiriləcək. Bütün şən ictimai tədbirlər ləğv edilir. Koronavirusdan ölənlərin xatirəsi üç dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Çində koronavirusa yoluxanların sayı 81,5 mini, ölənlərin sayı isə 3,3 mini ötüb.

Xəbər lenti