Dünyada koronavirusa yoluxanların sayı - 1 milyonu ötdü

DÜNYA
00:53
3 Aprel 2020
97

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 1 milyonu nəfəri ötüb.

Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilir ki, dünyada 51,5 minə yaxın insan isə bu virus səbəbindən ölüb.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatından da qeyd olunub ki, dünyada 900 min nəfər koronavirusa yoluxub, 46 min ölən var.

Xəbər lenti