Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

DÜNYA
22:55
2 Aprel 2020
90

Ermənistanda koronavirus infeksiyasından ölənlərin sayı 6 nəfərə çatıb.

Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat verib.

O bildirib ki, ölən şəxs 78 yaşlı qadındır. "Nork" kliniki yoluxucu xəstəxanasında dünyasını dəyişən şəxsdə xroniki xəstəliklər, o cümlədən şəkərli diabet olub.

Nazirlik rəsmisinin sözlərinə görə, ölən qadın Ermənistan vətəndaşı deyildi.

Həmçinin Ermənistanda indiyə kimi 663 yoluxma faktının qeydə alındığı da bildirilib.

Xəbər lenti