104 yaşında koronavirusa qalib gəldi

DÜNYA
22:20
2 Aprel 2020
95

Amerika Birləşmiş Ştatlarında (ABŞ) 104 yaşlı İkinci Dünya müharibəsi veteranı koronavirusa qalib gəlib.

Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, koronavirus infeksiyasına yoluxduğu üçün 3 həftə əvvəl xəstəxanaya yerləşdirilən Bill Lapşis adlı şəxs sağalıb. Evə buraxılan qoca bir neçə gün sonra 104 yaşını qeyd edib.

Onun koronavirusa qalib gələn ən yaşlı adam olduğu deyilir.

Xəbər lenti