Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı - 2456 yeni yoluxma var

DÜNYA
21:11
2 Aprel 2020
61

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 356 nəfər çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə son bir gündə 2456 koronavirusa yoluxma faktı qeydə alınıb. Nazir bildirib ki, bununla da ölkədə COVİD-19 aşkarlanılan şəxslərin sayı 18135 nəfərə çatıb, ölənlərin sayı isə 79 nəfər artaraq 356 nəfərə yüksəlib.

O həmçinin qeyd edib ki, indiyə kimi ümumilikdə koronavirusa yoluxan 415 nəfər sağalıb.

Xəbər lenti