Yeni tələbə yataqxanası istifadəyə veriləcək

TƏHSİL
19:50
2 Aprel 2020
177

Azərbaycanda yeni inşa olunmuş tələbə yataqxanası istifadəyə veriləcək.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında qeyd olunub.

Belə ki, 2020-2021 tədris ili üçün Azərbaycan Milli Konservatoriyasının yeni yataqxana binasının istifadəyə verilməsi planlaşdırılır.

Eyni zamanda, bəzi ali təhsil müəssisələri də mövcud yataqxanalarında müəyyən işlər görməkdədir.