Putindən ilk açıqlama - “Xəyanətdir”

DÜNYA
14:30
24 İyun 2023
312

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin hərəkətini “arxadan vurulan zərbə” adlandırıb.

Sabah.az xəbər verir ki, bu barədə Rusiyanın dövlət başçısı xalqa etdiyi müraciətində deyib. Prezidentin sözlərinə görə, bu addımlar xəyanətdir.

O, mövzu haqda danışarkən Birinci Dünya Müharibəsini xatırladıb.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.

Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

Xəbər lenti