Rostov-na-Donuda bütün kütləvi tədbirlər ləğv edildi

DÜNYA
10:55
24 İyun 2023
198

Həftəsonu Rostov-na-Donuda planlaşdırılan bütün kütləvi tədbirlər ləğv edilib.

Sabah.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında bildirib.

“Həftəsonu Rostov-na-Donuda planlaşdırılan bütün kütləvi tədbirlərin ləğvi barədə qərar qəbul edildi”, - o yazıb.

Qolubev, həmçinin şəhər sakinlərini şəhərin mərkəzinə getməməyə və evlərini tərk etməməyə çağırıb.

Xatırladaq ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rostova daxil olduğunu bildirib:

“Bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçib”.

O, qarşılarına çıxan hər şeyi məhv edəcəklərini və daha irəli gedəcəklərini qeyd edib.

Xəbər lenti