“Vaqnerçi”lər gecəboyu iki helikopter vurublar

DÜNYA
10:40
24 İyun 2023
216

“Vaqnerçi”lər bu gecə atəş açan Rusiya ordusuna məxsus 2 helikopteri vurublar.

Sabah.az xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun helikopteri mülki karvana hücum edib, bundan sonra o, “Vaqner”in muzdluları tərəfindən vurulub.

Priqojin əlavə edib ki, “Vaqnerçi”lər təhdid kimi qəbul etdiyi hər şeyi məhv edəcəklər.

Xəbər lenti