Rusiya “Vaqner” üzvlərinə Priqojinin tutulması üçün çağırış etdi

DÜNYA
09:25
24 İyun 2023
192

“Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərini Priqojinin tutulması üçün tədbirlər görməyə çağırırıq”.

Sabah.az xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Priqojinin bəyanatları və hərəkətləri Rusiyada silahlı vətəndaş qarşıdurmasının başlaması və hərbçilərin kürəyinə bıçaq zərbəsi endirmək üçün çağırışlarıdır.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib. Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

Xəbər lenti