Türkiyədə 601 tibb işçisi koronavirusa yoluxub - Professor öldü

DÜNYA
23:40
1 Aprel 2020
89

İstanbul Üniversitetinin Tibb fakültəsinin daxili xəstəliklər üzrə professoru Cəmil Taşçıoğlu koronavirusdan dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, ölkədə 601 tibb işçisi də koronavirusa yoluxub. Bütün məsuliyyət və ağır yükün səhiyyə işçilərinin çiyinlərində olduğunu deyən nazir onları qorumaq üçün hər cür tədbirləri gördüklərini bildirib.

Xəbər lenti