“KamAZ” tibbi ləvazimatlar istehsal etməyə başladı

DÜNYA
22:08
1 Aprel 2020
84

Rusiyanın “KamAZ” şirkəti koronavirusa görə tibbi ləvazimatların istehsalına başlayıb.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məşhur yük və minik avtomobilləri istehsalçısı həkimlər üçün qoruyucu kostyum və maskalar hazırlayacaq.

Bildirlir ki, tibbi ləvazimatlar Tatarıstanın Yar Çallı şəhərinin həkimlərinə pulsuz paylanılacaq.

Şirkət gündə 550 geyim istehsalını qarşısına məqsəd qoyub. Plana görə, 9 aprelə qədər 5 min geyim hazır olmalıdır, baxmayaraq ki, şəhər ehtiyacı təxminən 3 min dəstdir.

Xəbər lenti