Koronavirusun əsas simptomları açıqlandı

SƏHİYYƏ
21:48
1 Aprel 2020
155

Londondakı kral kollecinin alimləri koronavirus infeksiyasının ən nəzərə çarpan əlamətlərini açıqlayıblar.

Sabah.az xəbər verir ki, bunlar iybilmə və dadbilmə qabiliyyətinin yoxa çıxmasıdır.

Alimlər infeksiyaya yolxumuş xəstələrin 60 faizində bu simptomları müşahidə ediblər. Onlardan yalnız 18 faizində iybilmə ilə bağlı problemlər aşkarlanmayıb.

Bu simptomlarla yanaşı yüksək temperatur, daimi öskürək, zəiflik, ishal, qarın ağrısı və iştahsızlıq əlamətləri də infekisyaya yoluxma barədə ilkin əlamətlərdən hesab olunur.

Xəbər lenti