Türkiyədə daha 63 nəfər koronavirusun qurbanı oldu

DÜNYA
21:35
1 Aprel 2020
125

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 277 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, Türkiyədə son bir gündə 2 148 koronavirusa yoluxma faktı qeydə alınıb. Nazirin sözlərinə görə, bununla da COVİD-19 aşkarlanan şəxslərin sayı 15 679 nəfərə çatıb. Ölənlərin sayı isə 63 nəfər artaraq 277 nəfərə yüksəlib.

F.Koca həmçinin vurğulayıb ki, indiyə qədər koronavirusa yoluxan 333 şəxs sağalıb.

Xəbər lenti