Azərbaycanlıların yaşadığı kəndə giriş-çıxış tam dayandırıldı

DÜNYA
19:50
1 Aprel 2020
161

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Kvemo Bolnisi (Kəpənəkçi) kəndi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tam təcrid olunub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu tədbir Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin tövsiyəsi əsasında həyata keçirilib.

Kəndə giriş-çıxış tam məhdudlaşdırılıb. Sakinlərin tibbi müayinəsi davam etdirilir.

Bolnisidə koronavirusun təsdiqləndiyi üç nəfərdən ikisi məhz Kvemo Bolnisi kəndindəndir.

Kənd sakinlərinin ehtiyaclarının ödənilməsi istiqamətində fəal iş aparılır.

Xəbər lenti