Hulusi Akarla Mövlud Çavuşoğlu da deputat seçildi
Türkiyədə Nazirlər Kabinetinin 15 üzvü parlament seçkilərində qalib gəlib.
Sabah.az “Hürriyət”ə istinadən xəbər verir ki, 28-ci dövr millət vəkili ümumi seçkilərində vitse-prezident Fuat Oktay və 15 nazir AKP-dən Türkiyə Böyük Millət Məclisinə deputat seçiliblər.
Bunların arasında milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, ədliyyə naziri Bekir Bozdağ, ailə və sosial xidmətlər naziri Derya Yanık, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, əmək və sosial müdafiə naziri Vedat Bilgin, enerji və təbii qaynaqlar naziri Fatih Dönmez, gənclər və idman naziri Mehmet Muharrem, xəzinə və maliyyə naziri Nureddin Nebati, milli təhsil naziri Mahmut Özer, sənaye və texnologiya naziri Mustafa Varank, kənd təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş və nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yer alıb.
Qeyd edək ki, 2018-ci ildən ölkənin milli müdafiə naziri vəzifəsini icra edən H. Akar ilk dəfə bu il deputatlığa namizədliyini irəli sürüb. M. Çavuşoğlu isə daha öncə Türkiyə Böyük Millət Məclisinin 22, 23 və 24-cü çağırış deputatı olub.
Daha çox