Muharrem İnce namizədliyini geri götürdü - Video

DÜNYA
15:22
11 May 2023
256

Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.

Sabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, M.İnce bu barədə məlumatı canlı yayımda özü açıqlayıb.

O, barəsində həqiqət olmayan qeyri-etik görüntülərin və iftira xarakterli məlumatların yayıldığını bildirib.

Sorğulara əsasən, seçicilərin təqribən 2 faizi İnceyə səs vermək niyyətində olub.

Xəbər lenti