Türkiyə vətəndaşları Azərbaycanda səs verir - Yenilənir
Türkiyədə mayın 14-ü keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar olaraq ölkənin Azərbaycandakı səfirliyində səsvermə başlayıb.
Sabah.az xəbər verir ki, səfirlikdə yaradılan səsvermə məntəqəsi bu gün səhər 09:00-da açılıb.
Səsvermə 21:00-a qədər davam edəcək.
Türkiyə vətəndaşları Azərbaycanda 5, 6 və 7 may tarixlərində səs verə biləcəklər. Bunun üçün Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi fəaliyyət göstərir.
Qeyd edək ki, Türkiyənin Ali Seçki Qurumunun məlumatına görə, seçki zamanı ümumilikdə Azərbaycanda 11 036 Türkiyə vətəndaşı səs verə biləcək.
***
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı səs verib.
Daha çox