Putinin iqamətgahını belə vurmaq istədilər - Video

DÜNYA
16:51
3 May 2023
334

Xəbər verdiyimiz kimi, gecə saatlarında Ukrayna Kremlə pilotsuz uçuş aparatları (PUA) ilə hücuma cəhd edib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları iki pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Sabah.az xəbər verir ki, teleqram kanallarında sözügedən PUA-lardan birinin zərərsizləşdirilmə anını əks etdirən görüntülər yayılıb.

Görüntülərdən PUA-nın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahının üzərində zərərsizləşdirildiyini görmək mümkündür.

Kremlin rəsmi sözçüsü Dmitri Peskovun sözlərinə görə, hücum zamanı Putin Kremldə olmayıb və xəsarət almayıb:

“Putin öz işini adi rejimdə davam etdirir”.

Xəbər lenti