Putin hücum zamanı Kremldə olub?
16:42
3 May 2023
297Xəbər verdiyimiz kimi, gecə saatlarında Ukraynanın Kremlə pilotsuz uçuş aparatları ilə hücuma cəhd etdiyi barədə məlumat yayılıb. Hadisədən sonra bir çoxlarını ölkə Prezidenti Vladimir Putinin Kremldə olub-olmaması maraqlandırıb.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskov bu məsələ ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, hücum zamanı Putin Kremldə olmayıb:
“İnsident nəticəsində Vladimir Putin xəsarət almayıb və öz işini adi rejimdə davam etdirir”.
O bildirib ki, Putin bu gün fəaliyyətini Moskva vilayətində Novo-Oqaryovodakı iqamətgahında davam etdirəcək.
Daha çox