Ukrayna Kremlə zərbə endirməyə cəhd edib - Rusiya açıqladı

DÜNYA
16:05
3 May 2023
292

“Ukrayna gecə Kremlə zərbə endirməyə cəhd edib”.

Sabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin Mətbuat xidməti yayıb.

Məlumata görə, rusiyalı hərbçilər və xüsusi xidmət orqanları Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb:

“İnsident nəticəsində Prezident Vladimir Putin xəsarət almayıb və öz işini adi rejimdə davam etdirir”.

“Kreml Kiyev rejimi tərəfindən zərbə cəhdini Qələbə Günü ərəfəsində Rusiya Prezidentinə qarşı sui-qəsd və planlaşdırılmış terror aktı kimi qiymətləndirir”, - deyə məlumatda qeyd olunub.

Rusiyanın teleqram kanallarında sözügedən PUA-ların zərərsizləşdirildiyi anın görüntüləri paylaşılıb. Görüntülər rəsmi olaraq təsdiq olunmayıb.

Xəbər lenti