ABŞ koronavirusdan ölənlərin sayına görə Çini keçdi

DÜNYA
00:58
1 Aprel 2020
73

Amerika Birləşmiş Ştatları (ABŞ) yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayına görə Çini keçib.

Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə federal və ştat rəsmilərinin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti açıqlama yayıb.

Bildirilib ki, ABŞ-da COVİD-19 səbəbindən həyatını itirənlərin sayı 3416 nəfəri keçib. Çində isə indiyə kimi 3309 şəxs koronavirusdan ölüb.

Həmçinin qeyd olunub ki, dünyada koronavirusa yoluxanların sayı 823 mini, ölənlərin sayı isə 40 mini keçib. Dünyada koronavirusdan ən çox ölən İtaliyada, sonra isə İspaniyadadır. ABŞ isə bu iki Avropa dövlətindən sonra gəlir.

Xəbər lenti