İzmirdə yaşayış binasında güclü yanğın - Video

DÜNYA
09:30
28 Aprel 2023
351

Türkiyənin İzmir şəhərində 8 mərtəbəli, 4 bloklu yaşayış binasında güclü yanğın başlayıb.

Sabah.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın qısa müddətdə bütün binaya yayılıb.

Baş verən yanğında 6 nəfər zəhərlənib. Hadisə yerinə gələn İzmir valisi Səlim Köşger “TRT Haber”ə yanğın başladığı zaman binanın bütün sakinlərinin təxliyə edildiyini bildirib.

Hadisə yerinə 20 təcili tibbi yardım maşını cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəbər lenti