Gürcüstanda sabiq erməni deputat həbs olundu

DÜNYA
22:20
31 Mart 2020
99

Gürcüstan parlamentinin deputatı Enzel Mkoyana atəş açılması faktı ilə bağlı iki nəfər saxlanılıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Onlardan biri sabiq deputat Samvel Petrosyan, digəri isə E.Mkoyanın 19 yaşlı qardaşı oğlu Armen Mkoyandır. Xuliqanlıq və atəş açmaqda ittiham olunan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Günahları sübuta yetiriləcəyi təqdirdə onları 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, S.Petrosyan 2012-2016-cı illərdə parlamentin deputatı olub. O, hazırda Axalkalaki bələdiyyəsinin sakrebulo üzvüdür.

Xəbər lenti