Türkiyədə daha 46 nəfər koronavirusdan öldü
21:31
31 Mart 2020
109Türkiyədə koronavirus infeksiyasından daha 46 nəfər ölüb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca şəxsi “Twitter” səhifəsindən məlumat verib.
O bildirib ki, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 214-ə çatıb.
Nazir həmçinin koronavirus aşkarlanan şəxslərin sayının 2 704 nəfər artaraq 13 531-ə yüksəldiyini deyib. Virusa yoluxan 243 nəfər də sağalıb.
Daha çox