Moskvada daha 4 nəfər koronavirusdan öldü
01:37
31 Mart 2020
104Rusiyanın paytaxtı Moskvada koronavirus infeksiyasına yoluxmuş daha 4 nəfər dünyasını dəyişib.
Sabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla əlaqədar vəziyyətin monitorinqi və izlənməsi üzrə Əməliyyat Qərargahından məlumat verilib.
Bildirilib ki, ölən şəxslər 76-86 yaş aralığında olan xəstələrdir. Onlarda xroniki, xüsusilə ürək-damar xəstəliyi də olub.
Qeyd olunub ki, bundan əvvəl Moskvada 7 nəfər koronavirusdan dünyasını dəyişib.
Daha çox