Türkiyədə koronavirusdan ölənlərin sayı 168-ə çatdı

DÜNYA
22:40
30 Mart 2020
60

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 168-ə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca şəxsi  “Twitter” səhifəsindən məlumat verib.

Nazir bildirib ki, son 24 saatda 11535 şübhəli koronavirus analizindən keçib, onlardan 1610-nun cavabı pozitiv çıxıb. Bununla Türkiyədə koronavirusa yoluxanların sayı 10827-ə çatıb. Onun sözlərinə görə, bu gün 37 koronaviruslu xəstə ölüb və dünyasını dəyişənlərin ümumi sayı 168-ə çatıb.

Xəbər lenti