Qazaxıstanda kütləvi dava - 8 ölü, 40 yaralı
Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda baş verən kütləvi dava nəticəsində 8 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Xəsarət alanlardan ikisi polis əməkdaşıdır.
Sabah.az verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər naziri Erlan Turqımbayev mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, fevralın 7-də saat 19:00-da növbətçi polis hissəsinə Korday rayonunun Masançi kəndində 70 nəfərin iştirak etdiyi kütləvi dava haqqında məlumat daxil olub. Davaya qoşulanların sayı sonradan 300 nəfərə çatıb.
İlkin məlumata görə, münaqişənin gedişində 30-dan çox evə, 15 ticarət obyektinə və 23 avtomobilə ziyan dəyib. İğtişaşlarda iştirak edən şəxslərdən 47-si saxlanılıb.
Daha çox