Zəlzələdə ölənlərin sayı 16 mini ötdü - Yenilənir

DÜNYA
17:58
9 Fevral 2023
586

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 12 mini ötüb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

Məlumata görə, həlak olanların sayı 12 391 nəfərə çatıb. Yaralıların sayı isə 62 914 nəfərə yüksəlib.

***

Zəlzələdə ölənlərin sayı 12 873, yaralıların sayı isə 62 937 nəfərə çatıb.

***

Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, həlak olanların sayı 14 014 nəfərə çatıb. Yaralıların sayı isə 63 794 nəfərə yüksəlib.

***

Türkiyədə həlak olanların sayı 14 351 nəfərə yüksəlib.

***

Ərdoğan həlak olan və yaralılarla bağlı yeni sayı açıqlayıb.

Onun sözlərinə görə, həlak olanların sayı 16 170, yaralıların sayı isə 64 194 nəfərə çatıb.

Xəbər lenti