İkiaylıq körpə 29 saat sonra sağ çıxarıldı - Video

DÜNYA
13:34
7 Fevral 2023
350

Türkiyədə baş verən dəhşətli zəlzələdən 29 saat sonra 2 aylıq körpə xilas edilib.

Sabah.az xəbər verir ki, körpənin xilasedilmə anını əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Mehmet Çınar adlı körpənin valideynlərinin xilas edilib-edilmədiyi bəlli deyil.

Görüntülərdə onun babasının sağ olduğu aydınlaşır.

Xilas edilərkən ayaqyalın olan uşaq isti parçaya bükülüb və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Xəbər lenti