Türkiyədəki zəlzələdə ölənlərin sayı 2900-ü ötdü - Yenilənib

DÜNYA
09:00
7 Fevral 2023
476

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1000-i ötüb.

Sabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1014-ə çatıb. Yaralıların sayı isə 7003 nəfərə yüksəlib.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərlərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günorta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb.

***

Zəlzələ nəticəsində ölənlərin sayı 1121 nəfərə yüksəlib. 7634 nəfər isə yaralanıb.

***

Zəlzələdə həyatını itirənlərin sayı 1498-ə çatıb. 8533 nəfər isə yaralanıb.

***

Zəlzələdə həyatını itirənlərin sayı 1541-ə çatıb, 9733 nəfər isə yaralanıb. Son məlumata görə, zəlzələ nəticəsində 3471 bina uçub.

***

Zəlzələdə həyatını itirənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.

***

Zəlzələdə həyatını itirənlərin sayı 1762-ə çatıb. 12068 nəfər isə yaralanıb.

***

Təbii fəlakət nəticəsində ölənlərin sayı 2316-ya çatıb. 13 293 nəfər yaralanıb. 6217 binanın uçduğu bildirilib.

***

Təbii fəlakət nəticəsində ölənlərin sayı 2379-a çatıb. 14 483 nəfər yaralanıb.

***

Türkiyədəki zəlzələ nəticəsində həlak olanların sayı 2921, yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Xəbər lenti