Dünyada koroanvirusa yoluxanların sayı 570 mini ötdü
01:41
29 Mart 2020
93Dünyada koronavirusa yoluxanların sayı bir gün ərzində 60 mini keçib.
Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında məlumat verilib.
Bildirilib ki, martın 28-i üçün dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 571 678 nəfərə, ölənlərin sayı isə 26 494 nəfərə çatıb. Sutka ərzində yoluxma hallarının sayı 62 mindən çox, ölüm hallarının sayı isə 3 159 nəfər artıb.
İndiyə kimi ən çox yoluxma və ölüm halları Avropada qeydə alınıb - 324 343 yoluxma və 18 740 ölüm.
Daha çox