Rusiyada internet pulsuz olacaq - Vaxt açıqlandı

DÜNYA
00:11
29 Mart 2020
156

Rusiyada cari ilin aprelindən etibarən internet pulsuz olacaq.

Sabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko deyib.

Onun sözlərinə görə, ölkədə bir sıra internet xidmətləri aprelin 1-dən etibarən pulsuz təqdim ediləcək:

"Bu, aprelin 1-dən etibarən fəaliyyətə başlayacaq. Bilirsiniz ki, Prezidentimizin ölkədə 1 iyuladək əlçatan internetə sahib olma qərarı var. Yəni əsas daxili xidmətlər Rusiya internetində pulsuz olaraq təqdim ediləcək. Əlbəttə ki, hamısı deyil, amma heç olmasa, ev kompüterlərindən, masaüstü kompüterlərdən belə bir fürsətdən yararlanmaq iyulun 1-də deyil, 1 apreldə mümkün olacaq”.

Mənbədə bildirilib ki, yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putin iclasda ölkə daxilində sosial cəhətdən əhəmiyyətli daxili internet xidmətlərinə pulsuz çıxışı təmin edən "Əlçatan İnternet" layihəsini hazırlamağı təklif edib.

Mətbuatda qeyd olunub ki, pulsuz internetin iyulda deyil, aprelin 1-dən tətbiq olunması koronavirus infeksiyasının yayılmasına görədir. Çünki əhali virus səbəbindən evdən çölə çıxa bilmir.

Xəbər lenti